29 C
Bakı
24 Avqust 2025 13:03
CəmiyyətDünya

ABŞ “Temu”nun bazarını bağladı –Poçt daşımalarında yeni qayda

Bütün dünyada poçt operatorları ABŞ-nin yeni gömrük qaydalarına görə ölkəyə bağlamaların çatdırılmasını dayandırmağa başlayıblar.

“Bloomberg”in verdiyi xəbərə görə, avqustun 29-dan etibarən ABŞ 800 dollara qədər olan malların rüsumsuz idxalına imkan verən “de minimis” qaydasını ləğv edir. Bu istisna hər gün ölkəyə daxil olan 4 milyondan çox bağlamaya aid idi və xüsusilə “Shein Group Ltd” və “Temu” kimi onlayn pərakəndəçilər tərəfindən geniş istifadə olunurdu.

Yeni qaydalara əsasən, mənşə ölkəsindən asılı olmayaraq bütün mallar gömrük nəzarətindən keçəcək və rüsum tutulacaq. Yalnız 100 dollardan ucuz mallar bundan azad ediləcək.

Səlahiyyətlilər bildirirlər ki, bu addım qeyri-qanuni malların idxalının qarşısını almaq və tədarük zəncirlərinə düşən yükü azaltmaq məqsədi daşıyır. Xüsusilə, bağlamaların fentanil kimi narkotiklərin qaçaqmalçılığı üçün istifadə edilməsindən narahatlıq ifadə olunub.

Beynəlxalq poçt xidmətləri isə yeni tələblərə etiraz olaraq ABŞ-yə çatdırılmanı müvəqqəti olaraq dayandırır və ya məhdudlaşdırır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Şarl Mişel: “Səfərbərlikdən yayınan ruslara viza verək”

redaktor

Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? – FOTO

redaktor

Saleh Məmmədovun müavinlərinin sayı artırıldı – FƏRMAN

redaktor