Sanki indiki ailə hakimiyyəti yarıtmaz fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin böyük bir çoxluguna qarşı iqtisadi “sanksiyalar” həyata keçirir.
Sanki cəmiyyət bilərəkdən zəif hala salınır ki, üzərində idarəçiliyin təsiri davamlı olaraq qalsın.
Keçən əsrlərdən bu günümüzə qədər siyasi sistem hələ də toxunulmaz olaraq qalır.
Ailə hakimiyyətinin istifadə etdiyi siyasi sistem hələ də Xalq üçün acı nəticələrini göstərməkdədir.
Bu siyasi sistemin istifadə müddəti çoxdan bitib, Azərbaycan xalqına zülm edilir!
Bu ölkə həm də Azərbaycan xalqınındır.
Azərbaycan vətəndir, yaşayış məskənidir, bir ovuc adam tərəfindən onu mənimsəmək olmaz!
O, özəl şirkət deyil!
Bu günki dövlət aparatı ölkə üçun problemlər doğurur.
İnsanları özünə qul kimi, ağa kimi tanıdır.
Bu gün böyük çoxluq idarəetmədən narazıdır.
Lakin həmin kəsim etiraz etməkdən qorxur. Çünki idarəçilik xalqla səmimi deyil.
Xalq idarəçiliyi özünə dost bilmir. Cəmiyyət doğrularına görə cəzalandırılmağından qorxur. Ancaq qorxunun da bir sonu var. Sonda qorxular qorxusuzluq doğurur. Bunu psixoloqlar daha yaxşı bilir.
Şəxsiləşmiş hakimiyyətlərin gələcəyi olmur!
Bu fikri ailə hakimiyyətindən narazı olan biri kimi yox, politoloq kimi deyirəm.
Bu idarəçilik Azərbaycan xalqı tərəfindən rədd edilmiş bir həyat yaşayır. İdarəçilik bu sevgisizliyə haqq edib.
32 illik ailə idarəçiliyində ölkənin neft-qaz ixracı bütün ixracın 80 faizindən artığını təşkil edirsə, belə çıxır ki, bunlar yelləncəkdə yırğalanmaq üçün hakimiyyətdədirlər?
Görün nə qədər illər itirilib.
Hansı ki, ölkəmizin imkanları o qədərdir ki, bu gün neft-qaz ixracı bütün ixracın 16-17 faizini təşkil etməliydi.
Dediyim kimi, bu siyasi sistem vətəndaşlara seçim hüququnu tanımır. Söz azadlığını, Qanunun aliliyini rədd edir.
Ölkəmizdə siyasi rəqabət olmur, korrupsiya, rüşvət toxunulmazlıq qazanır.
Bu siyasi sistemdə İqtisadi həyat və hakimiyyət 1-ci şəxsin əlində toplanır.
İdarəçilik 1-ci şəxsin əbədi hakimiyyəti üçündür.
Bu kimi sistemlərdə(Rusiya, Belarusiya, Ş. Koreya, Azərbaycan) xalqlar 1-ci şəxsləri özlərinin yaşam simvolu kimi qəbul etməyə borcludurlar. 1-ci şəxslərdən başqa həmin ölkələrdə heç kim ağıllı hesab edilmir.
Guya ölkələrin 1-ci şəxslərə ehtiyacları var, əks halda guya ölkələr dağılar, xalqlar yazıq olar.
Bu gün Azərbaycan hakimiyyəti Rusiya hakimiyyətindən məcburi qaydada ayrı salınıb.
Bu qopma heç də ailə idarəçiliyinin könüllü qopması, könüllü uzaqlaşması deyildir.
Bu qopmanı ailə hakimiyyəti istəməzdi, bu gün də istəmir.
Ukrayna ilə uğursuz müharibə Rusiyanı gücdən salır, zəiflədir. Hər sabah Rusiyanı bu günündən bir qədər də taqətsiz hala gətirir. Ailə idarəçiliyi bu gün də Rusiyanın siyasi orbitinə qayıtmağın istəyindədir. Ancaq bu istək baş verməyəcək.
Əgər Rusiyadan qopmaq süni olmasaydı Rusiya ilə Azərbaycan arasında ticari münasibətlərə təsirsiz ötüşməzdi.
Bu gün aylar ərzindəki siyasi soyuqluğa baxmayaraq ticari münasibətlər daha sürətlə artmaqdadır.
1-ci şəxs Moskvaya
Putin naçaram,
Yox başqa çaram
“teleqram”larını göndərir.
Dediyim kimi, feodal Rusiyası bir daha siyasi müstəvidə Azərbaycanı yanında görə bilməyəcək. Bu, bizim uğurumuzdur.
Müstəqilliyimizdən 34 il keçsə də xalq olaraq hələ də siyasi baxımdan təşkilatlanmamışıq.
Bizi xalq olaraq təşkilatlanmağa qoymurlar. Dövləti təsəvvür yox dərəcəsindədir.
Ölkəmizdə bütün vaxtları 1-ci şəxslər-A. Mütəllibov da, Ə. Elçibəy də, H. Əliyev də, İ. Əliyev də, sabah kim olacaqsa O da bu siyasi sistemdə xalq olaraq birgəliyimizdən, xalq olaraq bütünlüyümüzdən daha vacib, daha üstün hesab ediləcək. Yəni bütün zamanlarda adını çəkdiyim 1-ci şəxslərə görə ölkəmizdə birgəliyimizə cəmiyyət olaraq xələl gətirilə bilər, bölünə bilər.
1- çi şəxslər dövlətdən də, xalqdan da, vətəndən də çox ucadadırlar. Ölkəmizdə dövlət də, xalq da təəssüf ki, 1-ci şəxslərdən sonra gəlir.
İnkişaf etmiş dünya dövlətləri ilə müqayisədə ölkəmiz 200 il geri qalır. Çünki o cəmiyyətlər aktivdir, hüquq onlara böyük güc verir, daim hüquqdan faydalanırlar.
Bu cəmiyyətlərdə ölkəmizdəki kimi evi, yaxşı maaşı, yaxşı dolanışığı, sağlamlığı, işi, çörəyi Tanrıdan istəmirlər, hakimiyyətlərindən tələb edirlər.
İndiki köhnə sistemə görə hələ də ölkə sakinləri öz hüquqlarının daşıyıcısı deyildirlər, heç bu barədə əksəriyyətin təsəvvürü belə yoxdur.
Hər şeyi Tanrıdan istəyirlər.
Bəs idarəçilik nə üçündür?
Ailə idarəçiliyi ilə Azərbaycan xalqı arasında çox böyük bir uzaqlıq var.
Bu uzaqlıq olmalıydımı?
(Hikmət Nikbin)