32 C
Bakı
23 Avqust 2025 16:52
DünyaSiyasət

“Oğlum Putini devirmək istəmirdi…Dedi ki, “dəstək olacaq” — Priqojinin anası nələri açıqlayıb?

“Oğlum Priqojin Putini devirmək niyyətində deyildi”

Tacxeber.com xəbər verir ki, bu barədə “Vaqner” hərbi qrupunun sabiq rəhbəri Priqojinin anası Violetta Priqojina “Fontanka”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, axır vaxtlar Vagner PMC-nin qurucusu onunla söhbətlərində baş verənlərə qəzəblənirdi, deyirdi dediklərinə əməl etməyiblər: “O, bütün bunlardan çox narahat idi. Yürüşdən əvvəl ona dedim: “Jenya, sənə ancaq internetdə dəstək olacaq. Heç kim səninlə birgə getməyəcək. İndi insanlar əvvəlki deyil. Heç kim meydana çıxmayacaq”, – deyə Priqojina bildirib.

Amma oğlu ona “dəstəkləyəcəklər” cavabını verib. Yevgeni Priqojinin anası əlavə edib ki, bu sözləri ona bu dəstəyi hesablayanlar demişdi: “Oğlumun yanında müdrik adam yox idi. Sonu da belə oldu. Rostovda onu hamı qucaq açıb qarşıladılar. Amma irəliyə gedə bilmədi. Ona görə ki, oğlum cavan kursantlara atəş aça bilmədi”.

Anası Priqojin PMC tərəfindən Rusiya hərbi təyyarəsini vurulmasını “təsadüf” və “onunla heç bir əlaqəsi olmayan təxribat” adlandırıb.
“Sonucda o sadəcə geri döndü. Vəssalam. O, Putini devirmək fikrində deyildi. Bu, mütləq həqiqətdir. O, hərbi rəhbərlik barədə məlumat vermək istəyirdi”-deyə Prioqjinin anası vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan Rusiyanı Qafana buraxır?

redaktor

Ukrayna bu gün Rusiyanın iki qırıcısını vurdu

admin

Ermənilər o qədər pul xərclədi, ədalət Azərbaycandan yana oldu – Korotçenko

redaktor