DünyaMuharibə

Maraqlı fakt: Niyə Ukraynanın yeni istehsal etdiyi raketin başlığı bu rəngdədir?

Ukraynalılar “qadının yıxdığı evi heç fələk də yıxa bilməz” ifadəsini məcazi yox, birbaşa mənada başa düşdülər.

“Qadın silahı” deyərkən adətən ağlımıza kiçik tapancalar gəlir.

Bu dəfə istisna haldır. Bu dəfə “qadın silahı” kiçik, miniatür tapanca deyil, 1150 kq daşıyan, dünyanın ən ağır qanadlı raketlərindən biridir-“FP-5 Flamingo”.

Maraqlısı odur ki, “FP-5 Flamingo”nu istehsal edən şirkətin rəhbəri(İrina Terex) də, raketin bilavasitə istehsalına cavabdeh şəxs də qadınlardır.

Raket əvvəl çəhrayı rəngdə idi, şirkətin rəhbəri İrina Terex deyir: “Bizim ilk raketlərimiz çəhrayı idi, onlar bütün sınaqlardan bu şəkildə keçdi, amma sonra maskalanma tələblərinə görə onları yenidən rəngləmək lazım gəldi. Raketlərdə qadın əlinin hiss olunmasını istəyirdik”.

P.S. Amma raketin başlığı çəhrayı rəngdə qaldı.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Dumanlı NATO, yoxsa “qərarlıların koalisiyası”?

admin

Tramp: Azərbaycan və Ermənistan sülh sazişi bağlamağa yaxındır

redaktor

Dağıstan lideri azərbaycanlılara MÜRACİƏT ETDİ – “Sonradan peşman olacağımız hərəkətlərə…”

redaktor