32 C
Bakı
23 Avqust 2025 14:26
CəmiyyətDünya

Frank Kaprioya niyə “dünyanın ən yaxşı hakimi” adlandırılır?

Bir neçə gün əvvəl ədalətli qərarları ilə bütün dünyada populyarlıq qazanan və sevilən məhkəmə hakimi Frank Kaprio vəfat etdi.

Tacxeber.com xəbər verir ki, 88 yaşında xərçəngə məğlub olan Kaprio ölümündən əvvəl insanlara müraciət etmişdi.

O, sonuncu çıxışında “Məni unutmayın və mənim üçün dua edin” sözlərini söyləmişdi.

Yəqin ki, F.Kaprionun məhkəmə iclaslarından olan görüntüləri izləyənlər onun nə üçün sevildiyini başa düşür. Bir çox insan adını bilməsə də, yaşlı və ədalətli qocanın ölüm xəbərini görəndə “heyif bu hakimdən, kaş ölməyəydi” sözlərini ürəyindən keçirib.

Onun nə üçün sevildiyini bilməyənlər üçün isə sədrlik etdiyi bir neçə məhkəmə işi ilə tanış olmaq kifayətdir.

Məsələn, faciəvi şəkildə övladını yeni itirmiş ataya 400 dollarlıq parkinq cəriməsini necə təsdiqləmək olardı? Kaprio bunu etməmişdi.

Frank deyirdi ki, empatiya ən əsas məhkəmə zalında işləməlidir.

Autizmli oğlu ilə məhkəmə zalına gələn kişiyə “sənin həyatın onsuz da çətindir” deyib onu bağışlayan da o idi, işsizlərin cəriməsini silən də o idi.

Hakim Kaprio sübut etmişdi ki, vicdan ədaləti sərt qanunlardan daha yaxşı bərqərar edə bilər.

Əslində Kaprionun prinsipi sadə idi – anlayış göstərmədən düzgün qərar verə bilməzsən.

Hazırda isə onun təsis etdiyi fond yüzlərlə hüquq tələbəsinin təhsil xərclərini ödəyir ki, gələcəkdə yeni Franklar yetişsin.

Məhz bu əməllərinə görə, Frank “dünyanın ən yaxşı hakimi” adlandırılırdı.

Qeyd edək ki, F.Kaprio 1991-ci ildə məzun olduğu Suffolk Universitetinin Hüquq fakültəsi və 2008-ci ildə “Providens” Kolleci tərəfindən “fəxri hüquq doktoru” adına layiq görülüb. O, həmçinin 2016-cı ildə “Rhode Island University” dən “dövlət xidməti üzrə fəxri doktor dərəcəsi alıb.

Hakimə 2023-cü ildə pankreas xərçəngi diaqnozu qoyulub.

60 il evli olan Kaprionun 5 övladı, 7 nəvəsi var.

 

Tacxeber.com

Oxşar xəbərlər

SEPAH Xameneidən o fətvanın ləğvini istədi

redaktor

Zelenski Rusiyayla yeni danışıqlar raundunu elan etdi – görüş İstanbulda baş tutacaq

redaktor

Rusiyadan Çinə qaz nəqli rekord səviyyədə artdı – İlin sonunadək…

admin