CəmiyyətDigərİqtisadiyyat

Yoxsulluğun anatomiyası – Bizi səssiz-səssiz necə məhv edirlər?

Azərbaycanda 75% əhalinin aylıq gəliri 350 dollara qədərdir.

Dövlət Statistika Komitəsi.
Təsəvvür edirsiniz bu rəqəmi?
10 milyonluq xalqın 7 milyon yarımı 1 – 350 dollar arasında pul qazana bilir aylıq.
Bu məvaciblə də Azərbaycanda hansı şərtlər daxilində yaşamaq mümkündür, bunu öz gündəlik yaşayışımızdan bilirik.
Amma onu da bilirik ki, Azərbaycanda bir qrup hakimiyyəti mənimsəmiş şəxslər, onların ətrafı bu xalqın sərvətləri hesabına nələr əldə ediblər.
Adi nazir müavininin, komitə sədrinin əmisi oğlunun, hansısa düyməbasan deputatın xalqsı oğlunjun milyonları, onlarla evləri, bank hesabları, ticarət obyektləri, daha yuxarı qalxdıqca Dubayda, Vircin adalarında, Londonda milyardlıq mülklər, saraylar, ofşor hesablar və sair və ilaxır.
Heç bir sərvəti olmayan Gürcüstanda, Ermənistanda isə orta aylıq əmək haqqı, yaşayış minimumu, xalqın yaşam səviyyəsi bizdən daha üstündür.
Sadəcə, bizdə bir qrup xalqın sərvətləri hesabına körfəz ölkələrinin kralları şəklində yaşadığına görə kənardan elə görünür ki, Azərbaycan xalqı yağ-bal içində üzür.
75 faiz əhalisi aylıq iyerarxik diferensial bölgü ilə 1 dollardan 350 dollara qədər gəlir əldə edən ölkənin əhalisinin vəziyyətini anlamaq üçün güclü iqtisadçı olmağa ehtiyac yoxdur.
Ölkə icarəyə götürülmüş obyekt kimi idarə olunur. Tək günahı da qorxu hissinə yenik düşmüş, dövlətçilik təfəkkürünə arxa çevirmiş, öz konstitusiyon haqqını tələb edə bilməyən biz xalqdadır. Aylıq gəliri sadəcə zəruri qida ehtiyacına çatmayacaq qədər dilənçi payı alan biz xalqda.

Etiraz ruhu olmayan, dirəniş potensialını istifadə etməyən, quru sərhədlərini aça bilməyən xalqın sabahı isə daha qaranlıqdır.

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

AQTA: Dönər məhsulunda at DNT-si aşkarlanıb

admin

Ana körpəsini zibilliyə belə atıb – VİDEO

admin

Azərbaycan internetin sürətinə görə geriləyib

redaktor