DünyaSiyasət

Tramp: “Ukrayna müharibəsini bitirmək üçün başqa taktika seçə bilərəm”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, yaxın iki həftə ərzində Ukraynada müharibənin başa çatıb-çatmaması məsələsi aydınlaşacaq. O, bu fikirləri Todd Starnes Show verilişində səsləndirib.

Tacxeber.com xəbər verir ki, Trampın sözlərinə görə, Kiyev və Moskvanı danışıqlar masasına gətirmək üçün “başqa taktika” tətbiq etmək lazım ola bilər.

ABŞ lideri həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski barədə də danışıb:
“Zelenski Vaşinqtondakı görüşdə çox yaxşı görünürdü. O, bütün gücü ilə mübarizə aparır. Bu, çox ağır müharibədir”, – deyə Tramp vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaxın vaxtlarda Ukraynaya qoşun göndəriləcəkmi? – Makron

redaktor

Estetik cərrahiyə reklamlarına görə 80 nəfər həbs edildi

redaktor

Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? – FOTO

redaktor