CəmiyyətHadisəŞikayət

Özbaşnalıqlardan bezən Könül Aydın Prezidentə müraciət etdi.

Rastlaşdığı ədalətsizliklərlə, məmur özbaşnalığı ilə bağlı və son günlərdə həyat yoldaşının qanunsuz hesab etdiyi həbsi ilə bağlı Könül Aydın Prezident İlham Əliyevə müraciər etdi.

Tacxeber.com olaraq müraciəti olduğu kimi sizə təqdim edirik:

“Hörmətli cənab Prezident!

Xalqın nəfəsini kəsirlər, xəbəriniz yoxdurmu? Ömrümüzü dövlətçiliyimiz yolunda sərf etdik. Elmimizi xalq üçün xərclədik. Vətənə 3 gözəl övlad verdik. Axırı nə oldu?

Günahsız atanı həbsxanaya atdılar, mənə qarşı qanunsuzluq etdilər, özümdən qorxub işdən çıxara bilmədilər, ştatımı ləğv etdilər, ETN və ədliyyə məni öz qanunsuz qərarları ilə xəstə etdilər, xərçəngə qədər gətirib çıxardılar. Kimə üz tutdum, bu şikayətləri etdim, susdular, Sizə çatdıran bir adam tapılmadı.

Bir alim, müəllim, jurnalist bu dəhşətlə üzləşir və ölkə susub izləyirsə, deputatım lal və kar olursa,

sabaha xalq qalarmı?

Silahımız olacaq, dövlətimizin adı olacaq, amma bu gedişlə xalqdan xalq olmayacaq.

Xahiş edirik, xalqın üzünə baxın, səsimizi eşidin.

“Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük – dövlət, xalq və Silahlı Qüvvələrimiz.” /Prezident İlham Əliyev”

 

Könül Aydın

Tacxeber.com

Oxşar xəbərlər

“2 gün idi taksi sürürdü” – Gəlini danışdı – VİDEO

redaktor

Elşad Miridən Hacı Şahinlə bağlı şok ETİRAF – Hacı Şahinin…

redaktor

O, Azərbaycan yeməklərini dadandan sonra rejimində dəyişiklik oldu – Qurbanov kimi deyir?

redaktor