28 C
Bakı
22 Avqust 2025 19:30
CəmiyyətTexnologiya

Azərbaycanda və qonşu ölkələrdə startaplar ildə nə qədər investisiya alırlar ?

Ötən gün İRİA rəhbəri Fərid Osmanov bildirib ki, 3 il ərzində Azərbaycanda yerli startaplar müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avro (~3 milyon dollar) xarici investisiya cəlb edib.

Detallı açıqlamalar verilmədiyindən bu vəsaitlərin hansı startaplar tərəfindən cəlb edildiyini müəyyən etmək çətindir.

Amma açıqlanan rəsmi rəqəm budursa onda startap ekosistemdə vəziyyətimiz həqiqətən də çox düşündürücüdür. Yerli vençur fondlarımız yox dərəcəsində, olanımız da əlçatan deyil yerli startaplara, xarici investisiyalar da qeyd edildiyi kimi hədsiz məhduddur.

Ötən il də mən bu sahədə region ölkələri arasındakı vəziyyəti araşdırmışdım. Bu il də qonşu ölkələrin ekosistemində investisiyalara əlçatımlığa bir daha nəzər saldım.

Birmənalı şəkildə demək olar ki, məhz bu sahədə bizdə olan vəziyyət regionun və Mərkəzi Asiyanın ən aşağı göstəricilərindən biridir.

Ölkəmzidə və regionda startapların investiya cəlb etməsi sahəsindəki vəziyyəti təqdim edirəm :

1. Qazaxıstan

2024-cü ildə vençur maliyyələşmə həcmi: təqribən $110 milyon, Artım: ~37% artım

2. Gürcüstan

2024-cü ilin ilk yarısında vençur maliyyələşmə: təxminən $28 milyon, Artım: ~30% artım

3. Özbəkistan

2024-cü ildə vençur maliyyələşmə: təxminən $15 milyon, Artım: əvvəlki ilə nisbətən 2,5 dəfə artım

4. Ermənistan

2024-cü ildə startap maliyyələşməsi: təqribən $135 milyon, Bunun $8 milyon-u yerli vençur fondlarından gəlib.

5. Qırğızıstan

2024-cü ildə vençur maliyyələşmə: təxminən $2 milyon, Artım: əvvəlki ilə nisbətən artım var,

6. Azərbaycan

2024-cü ildə vençur maliyyələşmə: təxminən 1 milyon dollar , Azalma: 2023-də ~2.2 milyon $ idi

Bu rəqəmlər bir daha göstərir ki, ölkəmizdə startap ekosistemdə investisiya sahəsində vəziyyət ktritikdir.

Ümid edirəm İRİA, KOBİA, RİNN, İN bu rəqəmlərin fərqindədirlər.

10 ildir ki , 10 maddəlik vençur maliyyələşmə ilə bağlı qanunu qəbul edə bilməmişik. Başqa necə olmalıydı ki, vəziyyət.

Ən azı 3 mərkəzi icra qurumunda bu qanun layihəsi mövcud olsa da qarşılıqlı qısqanclıqlar və səlahiyyət davaları səbəbindən indiyədək bu qanunu qəbul etmək mümkün olmayıb.

Pessimist əhvalla bitirmək istəməzdim.

Cari ildə Mərkəzi Bank açıqlayıb ki, ən qısa zamanda adı çəkilən qanun layihəsi maraqlı tərəflərə təqdim ediləcək.

Eyni zamanda Prezident tərəfindən İRİA üçün maliyyə vəsaitlərdən istifadə ilə bağlı Qaydalar təsdiqlənib. Qalır bu vəsaitin İRİA ya verilməsi və effektiv istifadəsi məsələsi.

Düşünürəm ki, vençur fondların sayını artırmaq lazmdır.

Təəssüf ki indiyədək də yeganə vençur fondumuz olan Caucasus Ventures Fondunun işi düz qurulmadığından, fəaliyyəti qapalı və qeyri-şəffaf olduğundan startaplar üçün əlçatan deyil.

İRİA bu yarı dövlət Fondunun imkanlarından istifadə ilə bağlı maraqlı tərəflərin müzakirəsini təşkil etsə çox faydalı olardı.

İlkin inkişaf dövrü keçirən startapların maliyyələşməsi məsələsi isə daha pis vəziyyətdədir.

Ümid edirəm İRİA və digər əlaqəli qurumalr bu istiqamətdə səylərini gücləndirəcəklər.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

“Check-up” müayinələr pulsuz olacaq? – RƏSMİ AÇIQLAMA

redaktor

Hər gün işlətdiyimiz qablardakı təhlükə: 10 min…

redaktor

Telefonu yastığın altına qoymayın!

redaktor