Növbətçi hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya ərazisi üzərində Ukraynanın 49 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rostov vilayətində 21 pilotsuz təyyarə vurulub. Daha yeddi pilotsuz təyyarə Voronej vilayətində, beşi Belqorodda, dördü Krımda, üçü Kaluqa və Bryansk vilayətlərində, ikisi isə Oryol vilayətində və Qara dəniz üzərində məhv edilib. Tula və Kursk bölgələrində tək hədəflər vurulub.
Açıqlamada aydınlıq gətirilib ki, Ukrayna Silahlı Qüvvələri təyyarə tipli PUA-lardan istifadə etməklə Rusiya Federasiyasının regionlarına zərbələr endirməyə cəhd edib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin sözlərinə görə, bölgəyə pilotsuz təyyarələrin hücumu dəf edilərkən heç kim xəsarət almayıb. Lakin bir enerji infrastrukturu obyektinə ziyan dəyib, nəticədə bir neçə kənd işıqsız qalıb.
Bundan başqa, PUA-lardan biri Juravka və Rainovskaya dəmir yolu stansiyaları ərazisinə düşüb. Nəticədə təmas şəbəkəsində gərginlik itirilib, qatarların hərəkəti dayandırılıb. Hazırda 19 sərnişin qatarı gecikmə ilə işləyir.