DünyaGündəmMuharibə

Tənqid edirik, haqqını da verək: Tramp çox düzgün mövqe ortaya qoyub.

D. Tramp sosial media paylaşımında yazıb:

“İşğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil.

Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, cavab verməsinə yox. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir, hətta qeyri-mümkündür. Təsəvvür edin ki, əla müdafiəsi olan böyük idman komandası var, amma onun hücumda oynamasına imkan verilmir. Onun qələbə şansı ola bilməz!

Ukrayna və Rusiya ilə bağlı məsələdə də belədir. Əliəyri və çox səriştəsiz Bayden Ukraynanın hücum etməsinə imkan vermədi, yalnız müdafiə, müdafiə… Sonda nə oldu? Buna baxmayaraq, mən olsaydım, bu müharibə başlamazdı – sıfır şans! Maraqlı dövrlər qabaqdadır”.

Rusiyadan gələn son açıqlamalar onu deməyə əsas verir ki, Trampın sülh təşəbbüsü növbəti dəfə iflasa yaxındır. Moskva məlum, köhnə “bayatı”ları təkrarlamağa davam edir.

Ümumiyyətlə, Tramp və Qərbdə, dünyada, o cümlədən Azərbaycanda bir çoxları hələ də Rusiya-Ukrayna məsələsinin məhiyyətini tam anlamır. Bu, standart bir ərazi konflikti, torpaqlar uğrunda savaş deyil. Burada bir tərəf digər tərəfə ümumən yaşam haqqı tanımır. Rusiyanın fundamental məqsədi Ukrayna milli dövlətçiliyini və Ukrayna milli identikliyini – ukraynalı kimliyini, onun mədəniyyətini ləğv etməkdən ibarətdir.

Başqa sözlə, Rusiya Ukraynada genosidin bir növü olan etnosidə çalışır. Alman faşizmi “Yəhudi məsələsinin yekun həlli”nə (Endlösung der Judenfrage) cəhd etdiyi kimi, müasir rus faşizmi də “Ukrayna məsələsinin yekun həlli”nə nail olmağı qarşısına məqsəd qoyub.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Messinin “The Best”də iştirak etməməsinin səbəbi bilindi

admin

Mehriban Əliyeva Yeni il və Həmrəylik Günü ilə bağlı paylaşım etdi

admin

“ABŞ Senatı Ukraynasız İsrailə yardım haqqında qanun layihəsini rədd edib” – “Reuters”

admin