20 C
Bakı
05 Oktyabr 2025 23:07
CəmiyyətDünyaHadisə

Rusiya FSB azərbaycanlını SBU-da işləməkdə ittiham edərək saxlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Rufullayev Yadulla Ramiz oğlunun Dağıstanın Azərbaycanla sərhədində yerləşən Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək məqsədi ilə gəzdirməkdə” ittiham edərək saxlanıldığını açıqlayıb.

Bildirilir ki, saxlanılan şəxs “Ukraynada yaşayan və SBU-nun agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Rufullayev Səbuhi Ramiz oğlunun göstərişi ilə sonradan Ukraynaya göndərmək məqsədilə Kurqan vilayətində gizləndiyi yerdən sənədləri və mobil telefonunu ələ keçirdiyini” etiraf edib.

Faktla bağlı Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək etmə maddəsi ilə cinayət işi açılıb, bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Bu cinayətlərin təşkilində və törədilməsində iştirak edən bütün şəxslərin müəyyən edilməsi, habelə onları sifariş edənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir”, – FSB əlavə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Atlı heykəl, şüşə körpü və sirli bağlar: Kraliçanın şərəfinə möhtəşəm layihə

redaktor

Bu ağlasığmazdır, belə göstəriş yalnız bizdə ola bilər

admin

Fransadan Rusiyaya qarşı şok addım: iyunun sonuna qədər…

redaktor