Dünyaİdman

“Qarabağ” növbəti mərhələyə adlasa onlarla görüşə bilər

Qarabağ FK UEFA Champions League-də Liqa mərhələsinə yüksələrsə, püşkatmada 4-cü səbətdə yer alacaq.

✅️ – qabağında bu işarə olanlar Liqa

        mərhələsini təmin edən komandalardır.

Mən belə baxıram ki, bizə rahat oynaya biləcəyimiz (ÇL-də bu asan deyil) ideal rəqiblərdənsə, daha çox ad olaraq böyük olan klublar, yəni onlardan nə isə öyrənə biləcəyimiz ənənəvi ÇL klubları düşsə, daha yaxşı olar, daha uduşlu çıxarıq. Klubun baş məşqçisinin, futbolçuların üzərinə çox yüklənmək lazım deyil artıq bu mərhələdə.

Uşaqları və yeniyətmələri məşq etməyə normal stadion və meydança, normal top, yay-qış adi epikirovka (futbol geyim dəsti), klubları FORMA SPONSORU tapa bilməyən bir ölkəni təmsil edən klubdan, komandadan danışırıq, unutmayaq bu acı faktları…

Mənə görə, dünyanın ən nüfuzlu və nə bahalı turnirində – ÇL-də olmaq özü bir qələbə, özü bir bayramdır, xüsusi bir coşğudur, həyəcandır. Hər halda, ÇL kubokunu qazanmaq arzusu hələlik bizim üçün xəyal olar..

 

Mirzə Rəşad

Tacxeber.com

Oxşar xəbərlər

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

redaktor

Gələcək istəyirsinizsə, bunu öyrənin!

redaktor

“Tottenhem” – “Qarabağ” oyununu fransalı hakim idarə edəcək

admin