20 C
Bakı
05 Oktyabr 2025 23:15
DünyaSiyasət

Paşinyan açıqladı: Bu ərazilər Azərbaycana qaytarılacaq

Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır.

Tacxeber.comxəbər verir ki, bu barədə “Respublika Meydanı” Teleqram kanalı (Ermənistan) məlumat yayıb.

Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib:

“Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.

“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək.

“Paşinyan və komandası “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”, – məlumatda vurğulanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranda ABSURD QƏRAR: 15 yaşlı qızlara…

redaktor

Ukraynadakı münaqişəni onlar uzadır – Kim Çen In açıqladı

redaktor

Netanyahunu hədələyən Hizbullah rəsmisi öldürüldü – Video

redaktor