26 C
Bakı
20 Avqust 2025 23:59
DünyaSiyasət

Tramp Putini Danışıqlara Zorla Oturdacaq Yeganə Addımı Açıqladı!

ABŞ prezidenti Donald Trampın nikbin bəyanatlarına və görüşlərin təşkilindəki fəallığına baxmayaraq, Rusiya-Ukrayna müharibəsi davam edir.

Tacxeber.com xəbər verir ki, Politico nəşrinin şərhçisi Conatan Martin yazır ki, bir neçə sammitdən sonra müharibənin sürətli və “hollivudvari” sonunu gözləmək real deyil. Onun sözlərinə görə, diqqətçəkən əsas məqam Trampın artıq Rusiyadan atəşkəs tələb etməməsidir.

Bundan başqa, Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri göstərdi ki, Moskva sərt Amerika sanksiyaları təhlükəsi ilə üzləşmir. Bu isə Vaşinqtonun Kremlə təsir imkanlarını xeyli zəiflədir.

Analitik hesab edir ki, Putini danışıqlar masasına əyləşdirməyin yeganə yolu ABŞ tərəfindən açıq və sərt ultimatumun irəli sürülməsidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

FİFA Rusiya futbolçularına pul göndərmir

admin

Hakim partiyanın deputatı narkotik qəbul etdi, Paşinyanla görüşə yollandı – DETALLAR

redaktor

Paşinyan: Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

redaktor