29 C
Bakı
20 Avqust 2025 10:45
CəmiyyətDünya

Ölümcül oyuncaq təhlükəsi: ABŞ-də saxta “Labubu”lar valideynləri qorxudur

ABŞ-də hakimiyyət orqanları valideynləri saxta “Labubu” oyuncaqlarının təhlükəsi barədə xəbərdar edib.

Tacxeber.combu barədə “NBC News”a istinadla xəbər verir.

“Pop Mart” şirkətinin istehsalı olan bu yumşaq monstriklər inanılmaz dərəcədə populyarlaşıb, lakin tələbat artdıqca bazarı saxta nüsxələr – “Lafufu” adlanan fırıldaq məhsullar doldurub.

İstehlakçı məhsullarının təhlükəsizliyi komissiyasının məlumatına görə, saxtalar asanlıqla sınır, xırda hissələrə parçalanır və bu da kiçik uşaqlar üçün ölümcül təhlükə yarada bilər.

Müfəttişlər artıq belə oyuncaqların böyük partiyalarını saxlayıb və onların dövriyyədən çıxarılmasını tələb ediblər.

“Saxta kuklaların Amerika evlərində yeri yoxdur. Heç bir valideyn övladının nəfəsini bir oyuncaq üzündən itirəcəyindən nigaran qalmamalıdır”, – deyə komissiyanın sədri vəzifəsini icra edən Piter Feldman bildirib.

Qeyd edək ki, “Labubu” bu yay dəbdə olan, monstrabənzər görkəmə malik yumşaq fiqurlar kimi məşhurlaşıb. Onlar çox vaxt “kor qutular”da satılır – yəni alıcı hansı variantın ona düşdüyünü yalnız açandan sonra öyrənir.

Bu marağı sosial şəbəkə videoları daha da gücləndirib, nəticədə ikinci əl bazarında orijinal oyuncaqların qiyməti kəskin artıb. Bunun ardınca isə ucuz versiyaları peyda olub. İstifadəçilər şikayətlənir ki.  oyuncağı alandan dərhal sonra başı və gözləri qopur.

Mütəxəssislər seçim zamanı diqqətli olmağı məsləhət görür. Əsl “Labubu”da “Pop Mart”ın holografik yapışqan nişanı olur, daha yeni buraxılışlarda isə əlavə olaraq bir pəncəsində xüsusi möhür yerləşdirilir.

Hakimiyyət vurğulayır ki, uşaqları boğulma riskindən qorumağın yeganə yolu oyuncaqları yalnız etibarlı satıcılardan almaq və orijinalı saxtadan ayıran detallara diqqət yetirməkdir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Netflix-in senarisi İsraildə gerçək oldu – FOTO/VİDEO

redaktor

Misir Mərdanovdan Vasif Talıbova saxta diplom verilməsi ilə bağlı AÇIQLAMA – ÖZƏL

admin

Xocalı qatili Balasanyan İrəvandan Bakıya gətirilə bilərmi? – AÇIQLAMA

redaktor