29 C
Bakı
20 Avqust 2025 11:19
DünyaSiyasət

Kamala Harris Trampa “Putin səni lanç yeməyinə çevirəcək” deyəndə nə qədər haqlı idi.

Belə görünür ki, Trampın Ukrayna müharibəsini bitirmək planları olmayıb və indi də yoxdur. Onun seçki kompaniyasında söylədikləri isə söz xatirinə deyilmiş zarafat olub, yəni, təki prezident seçilim, sonrası isə allah kərimdir. 7 aydır ki, Tramp Putinin tələblərini səsləndirməklə məşğuldur, Zelenski də həmin tələblərə cavab verməklə. Biz tərəflərdə belə deyirlər: çevir tatı, vur tatı.
Heç kim indiyə qədər şəxsən Trampın və onun komandasının müharibəni dayandırmağın planını eşitməyib. Ona görə ki, Ağ Evin belə bir özəl planı yoxdur. Olsaydı səsləndirilərdi və məhz həmin plan işə salınardı.
Trampın öz reallığı var. O, dəllaldır. O, hələ öz aləmindən ayılmayıb. Putinin də öz reallığı. Onun üçün hər şey siyasətdir. Dərd ondadır ki, bu vizyonlar zərrə qədər də olsa nəinki üst-üstə düşür, heç yaxın da deyillər.
Ekspertlər Trampın gedişlərini görmək istədikləri prizmalardan təhlil edirlər. Çin, Hindistan, İran, AB müstəvilərində, hətta Pentaqonun bu müharibədən milyardlar qazanmasına qədər izah tapmağa çalışırlar, bir sözlə, bütün mümkün və mümkün olmayan, real və fantaziya olan, hamısı da nəzəri cəhətdən həqiqətə yaxındır. Lakin heç bir nəzəriyyə də özünü doğrultmur. Mən heç inanmıram ki, Tramp və komandasının hər hansı bir dərin mənalı gedişi, geopolitikası var. Ortada sarsaq açıqlamalar, mənasız ünvanlı təriflər, kostyum mövzusunda lağlağılar və situativ emosiyalardan başqa ciddi heç nə yoxdur.
Alyaskada hər şey prezident qara limuzinində baş verdi. 30 dəqiqə ərzində Putin təmiz ingilis dilində, sadə cümlələrlə amerikan həmkarına “Русский мир”-in sərhədlərinə “haqqını” izah etdi, Rusiyanın beynəlxalq aləmdə harda olmalı olduğunu anlatdı, dünyanı məhz öz aralarında bölüşdürməyi təklif etdi, tarixən həmişə olduğu kimi. Rusiyanın yanında vacib ölkələr kimi Çinin, Hindistanın, İranın, Latın Amerikasının dayandıqlarını xatırlatdı. Hələ bəlkə fürsətdən istifadə edib vaxtilə Saakaşvilinin dizini sıxdığı kimi Trampa da gücünü göstərib, mətbuat konfransında dediyi kimi, “hələ də sağ qalan” qoca Trampa.
Limuzinə yüksək əhvalla minmiş Tramp maşından çox bikef düşmüşdü. Görüşdən əvvəl “başa düşsəm ki, söhbətimiz alınmayacaq, dərhal Vaşinqtona qayıdacam” deyən Tramp özünü ələ alıb sona qədər təmkinini saxladı, final ziyafət istisna olmaqla.
Siyasi karyerasında bəlkə də ilk dəfə idi ki, Trampın heç bir planı, kart-blanşı olmadığı aşkar və aydın şəkildə göründü.
Tramp limuzində Putinə nəyəsə vəd verdimi? Hər halda təəssüratlanmış olduğu görünürdü.
Kamala Harris Trampa “Putin səni lanç yeməyinə çevirəcək” deyəndə nə qədər haqlı idi.
Əgər Tramp hətta TRİPP yolunu da Putinə bağışlasa mən heç təəccüblənmərəm.
Analogiyası olmayan bu tarixin ən ağır və ağrılı hissəsi Ukrayna xalqının, dövlətinin bir tərəfdən amerikan cahili, digər tərəfdən rus xəstəsi ilə qəhrəmancasına döyüşməkdə davam etməsi, ədalətli və məntiqli nəticənin isə iki nadandan asılı olaraq qalmasıdır.

Arzu Qaziyeva

Tacxeber.com

Oxşar xəbərlər

Pakistanda Çin şirkətinin avtomobil karvanı partladıldı

redaktor

Vanqadan fəlakət proqnozu: heç vaxt görünməmiş miqyasda…

admin

Kurskda koreyalılarla çeçenlər arasında atışma: 8 nəfər …..

admin