DünyaHadisə

“Əsrin soyğunçuluğu” – 25 milyon dollarlıq brilyant oğurlandı

Dubayda dəyəri 25 milyon dollar olan nadir çəhrayı brilyant satıcının gözü qarşısında oğurlanıb. Hadisə “əsrin soyğunçuluğu” kimi qiymətləndirilib.

Tacxeber.com “CBS News”a istinadən xəbər verir ki, qiymətli daşı Avropadan gələn diler BƏƏ-yə gətirib. O, daşını icarəyə götürdüyü villada potensial müştəriyə göstərməyə razılaşıb. Lakin görüş tələ imiş – brilyant “baxış” zamanı satıcının gözü qarşısında yoxa çıxıb.

Şok yaşayan satıcı dərhal polisə zəng vuraraq, “Müştəriyə brilyantı göstərdim, baxdılar və… oğurladılar” – deyə məlumat verib.

Hadisədən cəmi səkkiz saat sonra Dubay polisi xüsusi əməliyyat keçirərək oğruları yaxalayıb. Əməliyyata xüsusi qruplar cəlb olunub, həmçinin süni intellekt texnologiyasından istifadə edilib. Nəticədə Asiya ölkələrindən olan üç nəfər həbs edilib və qiymətli daş geri qaytarılıb.

Dubay dünyanın əsas almaz ticarəti mərkəzlərindən biri hesab olunur. Əmirlik hakimiyyəti təhlükəsizlik və nəzarət tədbirlərinə xüsusi önəm verir. Brilyantın qaytarılması üzrə uğurlu əməliyyat da bunun növbəti təsdiqi olub.

Tacxeber.com

Oxşar xəbərlər

İlahiyyatçı hacının azyaşlıya qarşı əxlaqsızlığının GÖRÜNTÜLƏRİ – VİDEO

redaktor

Trampın xüsusi nümayəndəsi: “Zelenski mövqeyini yumşaldıb, Putin isə…”

redaktor

Azərbaycanın daha bir naziri vəfat edib və hamı yenə də onun məzarına söyür.

admin