25.3 C
Bakı
12 İyun 2026 11:31
HadisəKriminal

Bakıda torpaq sahəsinə soxulan oğrular günəş panellərini oğurlayırlar

Bakının Xəzər rayonunun Qala kəndində külli miqdarda əmlak oğurluğu faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə,kənd sakininin həyətyanı sahəsindən ümumilikdə 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Xəzər RPİ 1-ci PB əməkdaşları əməliyyat-istintaq tədbirləri zamanı cinayəti törətməkdə şübhəli bilinən şəxslər – 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Büniyatovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda DƏHŞƏT: Arvadından ayrılan kişi anasının həyatına son qoydu – VİDEO

redaktor

İranda ilk mətbəə 1636-cı ildə ermənilər tərəfində yaradılıb.

admin

22 yaşı var, Ağcabədidə doğulub və… — Polisin zərərsizləşdirdiyi cinayətkar KİMDİR?

redaktor