23.4 C
Bakı
06 İyun 2026 13:25
DünyaKriminal

Azərbaycan təhlükəli cinayətkarı Hindistana təhvil verəcək

Yaxın günlərdə Azərbaycan Jharkhand ştatının ən çox axtarışda olan cinayətkarlarından biri, Sunal Kumar Meena kimi tanınan Mayank Sinqhi Hindistana ekstradisiya edəcək.

“The Times of India” yazır ki, o, Hindistan hakimiyyətinin tələbi ilə 2024-cü ilin oktyabrında Bakıda saxlanılıb və işə Bakı məhkəməsində baxıldıqdan sonra onun ekstradisiyası barədə qərar qəbul edilib.

Mayank Sinq Jharkhand əyalətində qəsb, qətl və digər ağır cinayətlərlə tanınan Aman Sahu dəstəsinin əsas üzvüdür. O, həmçinin bədnam qanqster Lawrence Bishnoi ilə əlaqəlidir və beynəlxalq zənglər vasitəsilə qəsb reketləri idarə etməkdə ittiham olunur.

Rishav Kumar Jhanın başçılıq etdiyi Jharkhand Antiterror Qrupunun komandası Mayank Sinqhı götürmək və Hindistana aparmaq üçün 22 avqust 2025-ci il tarixində Bakıya yola düşəcək.

Bu, Jharkhand polisinin tarixində xaricdən cinayətkarın ilk uğurlu ekstradisiyası olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Britaniya Rusiyaya hücum üçün F-35-dən üstün yeni qırıcı təyyarə yaradır

redaktor

20 il əvvəl edilən tatu qaraciyər sirrozuna səbəb oldu

redaktor

Azərbaycanda məhkəmə-hüquq sistemi bərbaddır

redaktor