DünyaSiyasət

Azərbaycan İntervision müsabiqəsində iştirakdan imtina edib

Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İntervision” müsabiqəsində iştirakdan imtina edib.

İntervision müsabiqəsi ilə əlaqəli Instagram hesabında Azərbaycan və BƏƏ-nin daxili səbəblər və hazırlaşmaq üçün vaxtın azlığını əsas gətirərək iştirak etməyəcəyi bildirilib.

Bundan əlavə, müsabiqənin promo animasiyasında (məsələn, Qırmızı Meydandakı video və sosial şəbəkələrdəki bannerlər) bütün iştirakçı ölkələrin bayraqları göstərilib. Lakin Azərbaycanın bayrağı ilkin mərhələdə iştirakçılar arasında göstərilsə də, orada olmayıb.

Təşkilatçılar müsabiqənin rəsmi Telegram kanalında bütün iştirakçı ölkələrin emoji bayraqlarından seçmələr dərc ediblər. Azərbaycan da bu siyahılarda olmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin oruc TUTUR?

redaktor

Həkimləri şoka salan hadisə: Xəstənin qarnından diri balıq “tutdular” – FOTO

redaktor

MDBMİ Aleksandrovu Azərbaycana qarşı təxribatçı bəyanatlarına görə vəzifəsindən azad edib

redaktor