30 C
Bakı
20 Avqust 2025 16:20
Dünyaİdman

Keçmiş “Qarabağ”lı: “Qurbanın səsi o qədər vahiməli idi ki, Musa qaçmağa məcbur oldu”

“Musa Qurban Qurbanovun ən həssas yeri olub. Daim təmkinli, duyğularını büruzə verməyən “dağ adam”ın bəlkə də həyatında önəmli rolu oynayan qardaşının adını da Musaya verməsi içindəki ən kövrək duyğularına sığınıb. O sərt görünən cismində Musaya qarşı iftixarlılığı, sevgisi bəlkə də ən boşaldığı məram olub”.

Tacxeber.com xəbər verir ki, bu barədə “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov paylaşım edib.

O bildirib ki, altı yaşı olanda Musa komanda ilə “kamp”a getmişdi. Topa başla zərbə vururdu, kiçicik cismi ilə ağır topa toxunması ağlatsa da, israrla zərbələr endirirdi:

“İlk dəfə Qurbanovu onda görmüşdüm, “dağ adam”ın “əriməsi”ni…

10 il sonra Musa əsas komandaya qoşulanda özündən çox böyüklərlə mübarizə təbii ki, ağır idi. Sərt toqquşmalar, müdaxilələr “Qarabağ”ın məşqlərində adi şeylər idi.

İlk məşqlərin birində Musa sərt müdaxilə ilə yerdə qaldı. Ağrıdığı, canı yandığı çox aydın hiss olunurdu. Başqa vaxt olsaydı, məşq mütləq saxlanılar, tibbi müdaxilə olardı.

Amma “dağ adam”dan dağdan ağır səs gəldi: “Davam edirik!”

Səs o qədər vahiməli idi ki, Musa ağrıdan sızlaya-ağrıya axsayaraq qaçmağa məcbur oldu.

O zaman bəlkə ilk dəfə Musa Qurban Qurbanovun atadan daha böyük biri olduğunun fərqinə vardı.

Hər zaman ədalətli davranmağa, hər kəsin haqqını verməyə çalışan məşqçi Qurbanov ata Qurbanova qalib gəlmişdi. Eləcə də, oğlunu bir gözü gülüb, bir gözü ağlayıb soyuq İsveçə göndərəndə də.

Dünən Musa qol vuranda Qurbanov bəlkə də həyatının ən ağır duyğusunu yaşadı: Atalıq iftixarı, yoxsa illərlə futbolun yükünü tək belində daşımaqla sevincinin fərdiləşməsindən çəkinməklə…

Övlad uğurunu komandanın qələbəsində “gizlətməklə”.

İçindəki dünya boyda sevinmə hissini özünə qıymamaqla”.

Tacxeber.com

Oxşar xəbərlər

“Xüsusi hərbi əməliyyat əhəmiyyətli nəticələr verib” – Putin

admin

Məşhur rusiyalı sənətçiləri Gürcüstana buraxmadılar

redaktor

İsveçdən sonra Hollandiyada Quranı cırıb yandırdılar – VİDEO

redaktor