15 C
Bakı
12 Oktyabr 2025 04:05
DünyaSiyasət

Trampdan gözlənilməz hərəkət: avropalı liderlərlə görüş zamanı Putinlə danışdı

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşdə maraqlı məqam yaranıb.

Tacxeber.comxəbər verir ki, görüş zamanı Tramp deyib: “Mən indi gedib Putinlə bu məsələni müzakirə edəcəyəm. Açığını desəm, sizə öz rəyimlə qayıda bilərəm”.

Ukrayna prezidenti Zelenski isə deyib ki, onun Putinlə telefon danışığının nəticələrini müzakirə etdik: “Biz rəyi müzakirə etdik”.

Tramp isə Putinlə telefon danışığının detallarını açıqlayıb.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Tramp deyib ki, Putinə zəng vurub və hələ müəyyən edilməmiş yerdə Putinlə Zelenski arasında görüş üçün hazırlıqlara başlayıb.

“Həmin görüşdən sonra iki prezident və mənimlə üçtərəfli görüş olacaq”, – ABŞ prezidenti yazıb.

Tramp hesab edir ki, bu, təxminən dörd ildir davam edən genişmiqyaslı müharibəyə son qoymaq üçün çox yaxşı ilk addım olardı.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Təəssüflər olsun ki, Azərbaycanda İrana meyilli olan çoxlu insanlar var”

admin

Putinin sülh üçün tələbi yayıldı inanılmaz şərtləri

admin

İstanbulla bağlı ŞOK DETALLAR üzə çıxdı: ZƏLZƏLƏ yerlə-yeksan edəcək…

redaktor