ABŞ Prezidenti Donald Tramp, Rusiya üçtərəfli görüşə qədər atəşi dayandırmalıdır deyən Almaniya kansleri Fridrix Mersə cavab olaraq, Azərbaycan və Ermənistan nümunəsini çəkib.
“Ondan əvvəl 6 müharibəni dayandırmışam və orada atəşkəs yox idi. Keçən həftə də iki gözəl ölkə (Azərbaycan və Ermənistan – red.), 35 ildir müharibə edən ölkələr və orada da atəşkəs yox idi”, – deyə o bildirib.