15 C
Bakı
24 Mart 2026 12:31
Cəmiyyətİdman

“Ferensvaroş”un stadionu tam dolacaq – “Qarabağ”ı neçə azarkeş dəstəkləyəcək?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Ferensvaroş” – “Qarabağ” görüşünə böyük maraq var.

Bu gün axşam Budapeştdəki “Groupama Arena”nın tam dolacağı gözlənilir. Stadionun 23 min 700 azarkeş tutumu var. Bu, Ferens Puşkas stadionundan sonra Macarıstanın ikinci ən böyük arenasıdır.

Bu gün “Ferensvaroş”la yanaşı “Qarabağ” da dəstəksiz qalmayacaq. Ağdam klubunun mətbuat xidmətindən QOL.az-a bildirilib ki, bu gün səhərə olan məlumata əsasən, “Qarabağ” azarkeşlərinin olacağı sektora artıq 400 bilet satılıb. Bu say matçın başlamasına qədər daha da arta bilər.

Xatırladaq ki, “Ferensvaroş” – “Qarabağ” oyunu bu gün yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) başlanacaq. Cavab matçı avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (Qoı.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Baş nazir Əli Əsədov Tofiq Yaqublunun oğlunu təltif etdi – FOTO

redaktor

Bu gün “Qarabağ” “Neftçi” oyunu var.

admin

“Ülviyyə İlyasova, sən qanundan üstünsən”

redaktor