32 C
Bakı
19 Avqust 2025 11:07
DünyaMaraqlıSiyasət

Dünənki görüş necə keçdi?

Putin və Zelenski görüşəcəklərini elan ediblər.

Dünən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində çox gərgin və maraqlı bir görüş aş tutdu.

Avropa liderləri ABŞ-da, ilk öncə Ukraynanın Vaşinqtondakı səfirliyində toplaşdılar. Bu özlüyündə ilk böyük diplomatik mesaj idi.

Daha sonra Avropa liderləri ilə görüşən Volodomir Zelenski “Ağ Ev”-də ABŞ prezidenti Donald Trampla görüşdü.

Görüş əvvəlki görüşdən fərqli olaraq mülayim atmosferdə keçdi. Bu dəfə Zelenski Trampın xarakterinə uyğun jestlərdən, mimkalardan, sözlərdən məharətlə istifadə etməyə çalışdı, amma daxilində böyük gərginliyin, narahatlığın baş verdiyi simasından aydın sezilirdi. Hətta bəzən yeni savaş kostyumunda dərin fikirə də dalırdı böyük sərkərdə.

Qısa görüş zamanı elə bir fərqli nələrsə baş vermədi. Tramp Baydenin arxasınca danışdı, müharibəni saxlamaq üçün çalışdığını dəfələrlə deyib durdu.

Daha sonra ABŞ prezidenti və Ukrayna prezidenti Avropa liderlərinin gözlədiyi zala daxil oldular. Dəyirmi masa ətrafında Avropa liderləri “Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”- deyib, hər cümlələrinin əvvəlində və sonunda Zelenskinin, Ukraynanın adını çəkdilər. Ukrayna üçün hər nə lazımdırsa, etməyə hazır olduqlarını bəyan etdilər.

Hətta İtaliyanın Baş naziri xanım Meloni də çox qətiyyətlə danışdı.

Görüş əsnasında Donlad Tramp Putinlə telefon danışığı həyata keçirdi. Sonradan bəlli oldu ki, Putin də Zelenskinilə görüşə hazır olduğunu bəyan edib.

Ukraynanın və Avropa liderlərinin şərtləri isə belə oldu:

Avropanın təhlükəsizliyini sual altında qoyacaq heç bir sənədə imza atmaycaqlar.

Avropa ABŞ-dan alacağı 100 milyard dollarlıq silah-sursatla, xüsusən də müdafiə silahları ilə Ukraynanın təhlükəsizlik arxitekturasını quracaqlar.

Sülhün yeganə şərti isə mütləq atəşkəsdən keçir.

Rusiya yenə də təcavüzə davam edəcəksə, onu saxlamağın yeganə yolu ona təzyiqi davam etdirmək olacaq.

İstənilən halda, baş tutmuş dünənki görüşü Avropa liderlərinin qətiyyəti sayəsində qənaətbəxş qiymətləndirmək olar. Tramp hər nə qədər cəhdlər etsə də, bu müharibə olduğu yerdə dayansın, Ukrayna nələrəsə güzəştə getsin, amma bu hələki baş vermədi. Çox güman ki, bundan sonra da elə bir fərqli dəyişiklik olmayacaq.

Çünki Avropanın aparıcı dövlətləri özləri ayrı-ayrılıqda Rusiya qədər güclü dövlətlərdir. Sadəcə, məsələ Ukrayna olunca onların əli-qolu geniş açıla bilmir. Əsas səbəb də Rusiyanın nüvə arsenalına malik olmasıdır.

Yoxsa, indiyə İran kimi külünü göyə sovurmuşdular Rusiyanın. Ona görə də Rusiyanı məğlub etməyin yeganə yolu onu yavaş-yavaş və hərtərəfli əritməkdir.

Hər-halda qarşıdakı 10-15 gün daha kritik siyasi gündəmlə zəngin olacaq. Liderlər görüşməyə qərar veriblərsə, daha aydın soyasi proqnozları həmin görüşdən sonra vermək mümkündür.

İstənilən halda Ukrayna xalqının, onun qəhrəman prezidentinin və gec də olsa, özlərinə gələn Avropa liderlərinin dünənki siyasi performansı yüksək təqdirə layiqdir. Bu bizim regionla da bağlı gələcək üçün müsbət mesajlar verir.

Slava Ukraine!

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Sabah başlayır, iyunun 16-da pik nöqtəyə yüksələcək – ŞOK XƏBƏRDARLIQ

redaktor

Putinin “A planı” iflasa uğradı, “B planı” isə… – Rasmussen

redaktor

“Pasxa atəşkəsi” bitdi: Ukrayna şəhərləri bombalanır

redaktor