29 C
Bakı
19 Avqust 2025 19:26
DünyaSiyasət

Deputat: Ukrayna da Azərbaycanın keçdiyi yolu keçməli olacaq

“Avqustun 18-də Vaşinqtondakı Kiyevə dəstək sammitində bəyanatların verilməsinə, razılaşmaların əldə olunmasına baxmayaraq, rusların Ukraynaya növbəti kütləvi hücum təşkil edib mülki infrastrukturu hədəf aldı. Bununla Moskva bir daha nümayiş etdirdi ki, məqsədlərinə çatmaq üçün terror üsullarından istifadə etməkdən imtina etməyib və etməyəcək”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, mülki əhaliyə qarşı müharibənin bu məntiqi Azərbaycana yaxşı məlumdur. “Qərbin bir hissəsinin dəstəklədiyi və haqq qazandırdığı onilliklər boyu Ermənistanın işğalı göstərdi ki, işğalçı üzərində qələbə uzun və ağrılı prosesdir. Yalnız öz ordusunun və xalqının gücü ilə, böyük səylər və fədakarlıqlar bahasına Bakı 2020-ci ildə işğal altındakı torpaqlarının azad edilməsinə, daha sonra isə 2023-cü ildə suverenliyinin və ərazi bütövlüyünün yekun bərpasına nail oldu”, – o vurğulayıb.

Deputat əlavə edib ki, Ukrayna da eyni yolla getməli olacaq: “Azərbaycanın getdiyi yolu təkrarlamalı olacaq. Yeganə fərq ondadır ki, Kiyev öz müttəfiqlərindən kifayət qədər irimiqyaslı yardım alır ki, Azərbaycanın o vaxtlar bunu ancaq xəyal edə bilərdi. Amma bu yardım belə müharibəni qısa zamanda bitirməyə kifayət etmir. Mülki əhaliyə qarşı döyüşməyə hazır olan təcavüzkar sona qədər öz taktikasından əl çəkməyəcək”.

Deputat həmçinin deyib ki, Brüsselin Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti barədə sonsuz bəyanatları fonunda Qərbin Rusiyanın Ukraynadakı SOCAR obyektlərinə raket zərbələri endirməsinə susmağa davam etməsi çox təəccüblüdür: “Nə bir qınama, nə də sərt bəyanat var. Bu, təkcə Bakıya deyil, həm də Kiyevə siqnaldır. Bu isə onu deməyə əsas verir ki, ilk növbədə öz gücünə arxalanmalısan.

Vaşinqton sammiti göstərdi ki, Ukraynanın müttəfiqləri var. Amma elə həmin gecə Rusiya göstərdi ki, hələ də raketləri var. Avropanın isə SOCAR-a qarşı hücumlara susması bizə xatırlatdı ki, beynəlxalq dəstəyin öz həddi var və işğalçılara qarşı mübarizə həmişə insanın öz mətanətinin sınağıdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

redaktor

İsrail əsgərləri Əl-Cəzirə kanalının ofisinə basqın etdi

redaktor

Ermənistan prezidentinin Zəngəzur səfəri diqqət çəkdi – Nə baş verir?

redaktor