29 C
Bakı
18 Avqust 2025 11:37
DünyaSiyasət

Zelenski: Dostlarımızın birgə gücü ilə Rusiyanı əsl sülhə vadar edəcəyik

Biz hamımız eyni dərəcədə istəyirik ki, Rusiya-Ukryana müharibəsi tez bir zamanda və etibarlı şəkildə bitsin.

Tacxeber.com xəbər verir ki, bunu Vaşinqtona prezident Donald Trampla görüşə gedən Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Dəvətə görə Trampa təşəkkür edən Zelenski müharibənin mümkün qədər tez bir zamanda bitirmək arzusunda olduğunu ifadə edib.

Onun fikrincə, müharibəni bitirmək üçün ilk addımı Rusiya atmalıdır.

“Biz hamımız eyni dərəcədə istəyirik ki, bu müharibəni tez və etibarlı şəkildə bitirək. Uzunmüddətli sülh olmalıdır. Necə ki, illər əvvəl Ukraynanı Krımdan və Donbasdan imtina etməyə məcburiyyətində qoydular, amma Putin bundan sadəcə olaraq yeni hücum üçün plasdarm kimi istifadə etdi. Yaxud Ukraynaya 1994-cü ildə “təhlükəsizlik zəmanəti” veriləndə də bu, işə yaramadı”, – o qeyd edib.

Zelenski əlavə edib ki, Rusiya başladığı bu müharibəyə son qoymalıdır: “Ümid edirəm ki, amerikalı, avropalı dostlarımızın birgə gücü ilə Rusiyanı əsl sülhə vadar edəcəyik”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellekt ofis işçilərini əvəz edəcək

redaktor

Hikmət Hacıyev Zəngilan Hava Limanından paylaşım edib – VİDEO

redaktor

1500 dronla dirilən əjdaha “peyda” oldu – VİDEO

redaktor