CəmiyyətHadisə

Şəhidlər Xiyabanından video paylaşan əcnəbilərə cinayət işi açıldı – 3 nəfər TUTULUB

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Tacxeber.com-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bir ayın əsgəri iynədən şoka düşüb öldü

admin

Uşaqlarla zorakı rəftar edən məşqçidən AÇIQLAMA: “Böyük qardaş kimi vurmuşam”

redaktor

Bakıda qızın zorla ərə verilməsi barədə video – DİN araşdırıb

redaktor