11 C
Bakı
27 Mart 2026 16:40
CəmiyyətHadisə

Şəhidlər Xiyabanından video paylaşan əcnəbilərə cinayət işi açıldı – 3 nəfər TUTULUB

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Tacxeber.com-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

İnternetdən imtina beyni cavanlaşdırır

redaktor

Yeganə Hacıyeva: “Trendyol”dan pencək sifariş etmişdim, astarı cırıq, “second hand” pencek göndərildi”

redaktor

Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib-XİN

redaktor