28 C
Bakı
18 Avqust 2025 21:51
DünyaSiyasət

“Qarabağ ermənilərinin Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir” – Paşinyan

“Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq – siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.

Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunur.

O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

“Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”, – deyə Baş nazir vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Müharibədən sonra ABŞ Kiyevdən maddi hesabat istəyəcək – Mask ELAN ETDİ

redaktor

“Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur” – Montella

admin

“24 HƏMAS batalyonundan 17-si Qəzzada məhv edilib”

redaktor