28 C
Bakı
18 Avqust 2025 18:44
CəmiyyətDigərİqtisadiyyat

Növbəti deputat yalanı.

TV Müsavat” Youtube kanalında çıxış edən deputat Elman Nəsirov iddia edib ki, Azərbaycanın ÜDM-nin formalaşmasında neft-qaz və qeyri neft-qaz sektorlarının nisbəti 51-49 faizdir.

Tacxeber.com xəbər verir ki, ”Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

 İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib – 63,1%-i qeyri neft-qaz sektoru olub.

2024-cü ildə isə Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub – 68%-i qeyri-neft-qaz sektorunun payına düşüb.

Son iki ildə ÜDM-də qeyri neft-qaz sektorunun payı 63,1 və 68 faiz olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Elman Nəsirovun səsləndirdiyi iddia yanlışdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

2023-cü il Azərbaycan iqtisadiyyatı üçün necə keçdi?

admin

Sahib Kərimli: Tofiq Yaqublunun həbs sifarişini Əli Kərimli verib – ŞOK İTTİHAM

admin

AYB: ATV-nin Çingiz Abdullayevi təhqir edən aparıcısı cəzalandırılsın

redaktor