28 C
Bakı
18 Avqust 2025 18:14
DünyaTarix

“Kapitoliyə sürünmə” (Capitol Crawl) — məhdud imkanlı ABŞ vətəndaşları özləri haqqında xüsusi qanunun qəbul edilməsi tələbi ilə aksiya keçirirlər.

1990-cı il martın 12-də 1000-dən çox insan Ağ evdən Kapitoliyə doğru yürüş edərək əlilliyi olan insanların hüquqlarına münasibətdə öz mövqelərini ifadə etdilər.
Kapitoliyə çatdıqda 60 nəfər etirazçı öz əlil arabalarından qalxaraq irəli yeridilər və böyük çətinliklərlə həmin binanın pilləkənlərinə çıxmağa başladılar. Bu, uyğunsuz arxitekturanın əlilliyi olan insanların gündəlik həyatını necə çətinləşdirdiyinin nümayişi idi. Onlar məhdud imkanlı amerikalılar haqqında qanununun (ADA) qəbul olunmasını tələb edirdilər.
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşəbbüs qrupları ABŞ-da hələ XIX əsrdən mövcud idi. İlk mərhələdə bu insanlar təhsil, yaşayış, nəqliyyat və ictimai binalara giriş uğrunda mübarizə aparırdılar — və get-gedə bu mübarizə nəticə verirdi. Məsələn, 1973-cü ildə qəbul edilən qanun əlilliyi olan şəxsləri “qorunan insanlar kateqoriyasına” aid etdi.
Sonrakı mərhələdə — əlilliyi olan şəxslərin daha çox görünməsi və şəhərlərdə inklüziv mühitin yaradılması uğrunda mübarizə başladı. 1990-cı il “Kapitoliyə sürünmə” aksiyası Kolumbiya dairəsində keçirilmiş bir həftəlik nümayişlərin parçası idi. Etirazçılar əlillərin hüquqlarının daha ciddi şəkildə qorunmasını tələb edirdilər. Ertəsi gün aksiya bitən kimi polis 104 nəfəri saxladı.
Həmin gün oraya toplaşan amerikalılar əvvəlcə guya ekskursiyaya gəlmiş kimi davranırdılar. Kapitolinin rotondasında kifayət qədər adam toplaşandan sonra nümayişçilər Nümayəndələr Palatasının spikeri ilə görüş tələb etməyə başladılar.
Aksiyadan foto- və videogörüntülər materiallar o zaman böyük rezonans yaratmadı. Bununla belə, bu hadisə əlilliyi olan insanların hüquqları üçün mübarizədə əlamətdar bir mərhələ oldu.
“Bu çox dramatik hadisə idi. Əlillərin hansı çətinliklərlə üzləşdiyini bilə-bilə bu səhnəyə sakitcə baxmaq mümkün deyildi — sadəcə pilləkənin özü belə əngələ çevrilirdi”, — Lennard Cey Deyvis, Çikaqo Universitetinin professoru.
Vanderbilt Universitetinin professoru Eymi Xamrayi də qeyd edir ki, bu aksiya ictimai məkanlarda aksiyalar keçirən əlil aktivistlərin tarixçəsinin mühüm hissəsinə çevrildi. Qabiliyyətləri məhdud olan insanların süni yaradılmış ətraf mühitdə maneələrlə üzləşmələrimni göstərmək çox vacib idi.
Konqres tərəfindən qəbul edilən “Məhdud imkanlı amerikalılar haqqında“ Qanun (Americans with Disabilities Act, ADA) 1990-cı il iyulun 26-da prezident Corc Buş (ata) tərəfindən imzalandı. Qanun əlillərin iş hüququnu, ictimai yerlərdə maksimum sərbəst hərəkət sərbəstliyini, xidmətlərin əlçatanlığını əhatə edirdi. 2008-ci ildə sənədə bir sıra əlavələr edilməklə əlillərin hüquqları daha da genişləndirildi.
Hüquqlar verilmir, alınır!

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

2025-ci ilə kimi Rusiyanın tankı qalmayacaq

redaktor

Azərbaycanda “TikTok”a yenidən qadağa qoyula bilər? – Açıqlama

redaktor

Aleksey Navalnıya qarşı terrorizm və ekstremizmə çağırış maddəsi ilə yeni cinayət işi açılıb

redaktor