22 C
Bakı
07 Oktyabr 2025 12:37
DünyaMuharibəSiyasət

ABŞ rəsmiləri bir ağızdan “Şiroko şaqayet Ukrayna” deyirlər

“Ukrayna bəzi ərazilərini Rusiyaya verməyə hazır olmalıdır. Əks halda müharibə nə qədər uzanarsa, Ukrayna bir o qədər çox torpaq itirəcək!”, – Donald Tramp özünün “Truth Social” sosial şəbəkə paylaşımında bildirib.

Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff isə CNN telekanalına açıqlamasında bildirib ki, artıq Ukraynada atəşkəs üzərində işləməyə ehtiyac yoxdur, “çünki tərəflər sülh sazişinə doğru irəliləyirlər”.

Vitkoffun bu sözləri lap Brejnevin ölkəmiz barədə söylədiyi fikirləri xatırladır: “Şiroko şaqayet Azerbaydjan”

ABŞ dövlət katibi Marko Rubio da mövzu ilə açıqlamasında öz prezidentindən geri qalmayıb. O, “Fox News” telekanalının efirindən deyib: “Razılaşmanın yeganə yolu hər bir tərəfin nə isə qazanması və nəyisə qurban verməsidir. Buna görə də Zelenski sabah ABŞ-a gələcək. Bu müharibəni dayandırmağın yeganə yolu Rusiyanı razı salmaqdır”.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Ermənini boşayıb, azərbaycanlı ilə evləndi, casusluq üçün üç şərt qoydu… – HƏYAT HEKAYƏTİ Tarixin ən böyük casus qalmaqallarından birinin iştirakçısının ölümü niyə gizlədilib?

admin

Rusiyaya PUA hücumu: Mühüm zavodlar vuruldu.

admin

Zelenskidən Qərbə şok ittiham: Rusiya ilə müharibəni siz başladınız

redaktor