27 C
Bakı
17 Avqust 2025 13:26
DünyaSiyasət

Rus dili məsələsi Kremlin şantaj alətinə çevrilib.

“Reuters” agentliyi Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskadakı görüşdə Ukraynaya qarşı müharibəni dayandırmaq üçün tələblərini yayımlayıb. Bunların içərisində yenə “Ukraynada rus dilinə dövlət statusu verilməlidir” tələbi yer alıb.

Kremlin tələbləri içərisində Ukraynanın qoşun hissələrini Donetsk və Luqanskın yerdə qalan ərazisindən çıxarılması da var. Krım və Şərqi Ukraynanın bir hissəsi Rusiyanın işğalı altındadırsa və indiki şərtlər altında Kiyev üçün bu reallığı dəyişmək çətindirsə, Kreml nədən Rus dili məsələsində israrlıdır? Axı Ukraynanın rus dilində danışan bölgələrinin əhəmiyyətli hissəsi onsuz da Rusiyanın işğalı altındadır, digər bölgələrin əhalisi isə əsasən Ukrayna dilində danışır. Buna baxmayaraq, Kreml üçün rus dili məsələsi “qırmızı çizgidir”.

Kreml bu siyasəti Ukrayna ilə yanaşı digər qonşu ölkələrə münasibətdə də tətbiq edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfəri zamanı bu ölkədə rus dilində istifadənin məhdudlaşdırılmasından narazılığını gizlətməyib.

Kremli Qazaxıstanın da dil siyasəti narahat edir. Bu Kremlin başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Bir gün Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində tədrisin məhdudlaşdırılmasına qərar verilərsə, Kreml bizə qarşı eyni tələbi səsləndirəcək. Rus dili məsələsi Kremlin şantaj alətinə çevrilib. Bu alətdən biz də qurtulmalıyıq.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib”

redaktor

İrəvanda “rəngli inqlab”ı Türkiyə edib – Şarmazanov

admin

Makronu idarə edən qadınlardan biri: erməni Astrid kimdir?

redaktor