28 C
Bakı
16 Avqust 2025 16:22
DünyaSiyasət

Zelenski quruda, havada və dənizdə atəşkəsə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi davamlı sülhlə başa çatmalıdır və “quruda, havada və dənizdə atəşkəsə” çağırıb.

Tacxeber.com xəbər verir ki, Zelenski Telegram hesabında Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib.

Zelenski bəyan edib ki, görüşdüyü hər bir lider müharibəni bitirmək üçün aydın mövqe nümayiş etdirir və “qalıcı və real” sülh əldə edilməlidir.

Zelenski “quruda, havada və dənizdə atəşkəsin təmin edilməsinin” vacibliyini vurğulayaraq, “Biz bütün ukraynalı hərbi və mülki hərbi əsirləri azad etməli və Rusiya tərəfindən qaçırılan uşaqları geri qaytarmalıyıq” dedi.

Zelenski ABŞ və Avropanın dəstəyi ilə Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq: “Ukrayna üçün vacib olan bütün məsələlər Ukraynanın iştirakı ilə müzakirə edilməlidir. Heç bir məsələ, o cümlədən regional məsələlər Ukraynasız həll edilə bilməz”-deyə, bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada ixtisaslı kadrlar ölkəni tərk edirlər

redaktor

Türkiyədə gənə KABUSU – Ölənlərin sayı 11-ə çatdı

redaktor

Rusiyadan KRİTİK QƏRAR: dördtərəfli sazişə XİTAM VERİLDİ

redaktor