Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi davamlı sülhlə başa çatmalıdır və “quruda, havada və dənizdə atəşkəsə” çağırıb.
Tacxeber.com xəbər verir ki, Zelenski Telegram hesabında Alyaska sammitindən sonra ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarını şərh edib.
Zelenski bəyan edib ki, görüşdüyü hər bir lider müharibəni bitirmək üçün aydın mövqe nümayiş etdirir və “qalıcı və real” sülh əldə edilməlidir.
Zelenski “quruda, havada və dənizdə atəşkəsin təmin edilməsinin” vacibliyini vurğulayaraq, “Biz bütün ukraynalı hərbi və mülki hərbi əsirləri azad etməli və Rusiya tərəfindən qaçırılan uşaqları geri qaytarmalıyıq” dedi.
Zelenski ABŞ və Avropanın dəstəyi ilə Ukrayna üçün uzunmüddətli təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq: “Ukrayna üçün vacib olan bütün məsələlər Ukraynanın iştirakı ilə müzakirə edilməlidir. Heç bir məsələ, o cümlədən regional məsələlər Ukraynasız həll edilə bilməz”-deyə, bildirib.