Dürzilər ABŞ dəstəyi ilə Suriyada muxtariyyət əldə etdilər.
Nə oldu, bəs hər gün ansızın gələcəyik, gecəylə gələcəyik, Suriyanın bölünməsinə imkan verməyəcəyik, bizim səbrimizi sınamasınlar deyən Hakan Fidan ?
Bəsit alqı yaratmaq texnikaları ilə yerlərə-göylərə sığdırmadığınız, əfsanələşdirməyinizə təşviq olunduğunuz Hakan Fidan?
Ərdoğan, Hakan Fidan, Hulusi Akar, bütün AKP, Gülən hərəkatı hamısı Amerikan proyektləridir.
Türkiyə Ərdoğan öndərliyində 2000-lərdən bəri incə-incə çökdürülməkdədir. (Amma bu Mendereslə başlamış, Kenan Evren və Erbakanla davam etmişdi)
Öncəliklə “Diyanət” kimi alçaq, şərəfsiz qurumları, şəxsləri fonlayaraq dindarlığı artırdılar, cəhaləti yaydılar, sekulyar və Atatürkçü kəsim basdırıldı, cəmiyət içində qütbləşmə yaradıldı, sonrasında şərəfsiz Gülənin adından istifadə edərək ordunu Atatürkçülərdən təmizlədilər, polisi təmizlədilər.
Sonrasında Anayasa dəyişikliyi, İstanbulda və digər yerlərdə müxtəlif zamanlarda planlı terror olayları, ən son 2015, 15 İyul saxta “darbe” ilə bütün dövləti hörümçək toru kimi sarıdılar.
Dövlətin strateji fabrikləri, iqtisadi sahələri ərəblərə satılarkən, inflyasiya pikə çatarkən, Diyanətə para köçürülməsi və Dövlətin çökməsinə “manidar” bir hal ilə nümunə verə bilərəm:
Türkiyədə güclü meşə yanğınları olanda yetərsiz təchizata görə yanğınlar şiddətlə davam edəndə 130 milyard 120 milyon Tl (3.21 milyard USD) büdcəyə sahib Diyanət İşləri dedi ki, yanğınların sönməsi üçün topluca dua etmək əmri vermişik.
Ərdoğan (AKP, Yeniden Refah) bir Amerikan proyektidir.
Və bu proyektin məqsədi Atatürkün qurduğu və görmək istədiyi layık, demokratik, hüquq dövləti olacaq bir Türkiyəni yenidən xələfi kimi “Xəstə Türkiyə”yə çevirməkdir və bu tam başarılıb.
Bir daha deyirəm Hakan qədər şərəfsiz, Ərdoğan qədər şarlatanı yoxdur. Hətta terrorist başı Abdullah Öcalan və PKK belə bunlardan daha zərərsizdir Türkiyə üçün.