DünyaSiyasət

Trampın Putinə elə rəğbət bəsləyir ki, ….

Trampın Putinə xüsusi rəğbəti var. Və bu rəğbətin qarşısında nəsə etmək mümkün deyil. Bu rəğbət elə bir haldər ki, onu nəinki nifrətə, heç loyallığa da çevirmək olmur.

Putin də bunu bilir və Trampın ona rəğbəti üzərindən oyununu yaxşıca davam etdirir. Nəticədə:

1. Putin Trampı danışıqlar toruna sala bildi;

2. Vaxtı uzatmaqla işğal müharibəsini Ukraynanı tükətmək və yormaq istiqamətində davam etdirir.

3. Özünü beynəlxalq təcriddən çıxardı;

4. Dünyanın bir nömrəli dövlətinin rəhbəri ilə eyni ranqda olduğunu göstərdi;

5. Trampı beynəlxalq cinayət işi açılmış cinayətkarın əlini sıxmağa vadar etdi;

6. Trampı Moskvaya dəvət etdi.

7. Rusiyaya ikinci ağır sanksiya paketini ləngitdi, belə görünür ki, o Trampın prezidentliyi dönəmdə heç olmayacaq.

Hər iki liderin bədən dilini diqqətlə izləsək, Putinin istənilən halda əzilmişliyini və məğlubluğunu, əvvəlki şaxlığının və qalibliyinin qalmadığını sezməmək olmur.

Trampa gəldikdə isə, o, sadəcə öz rəğbətinin öhdəsindən gələ bilmir.

Deməli, bu gedişlə hələ 4 il gözləmək lazım gələcək.

 

Arzu Qazıyeva

Tacxeber.com

Oxşar xəbərlər

Tolstopyatov qardaşlarının cinayətkar dəstəsi – Yadigar Sadıqlı

redaktor

Zatulin: “Ermənistan açıq-aşkar Rusiya ilə əlaqələri pozur”

redaktor

Qadın yumurtası mafiyası və dəhşətli əməlləri üzə çıxdı – Qonşu ölkədə

redaktor