İlk növbədə görüşün vaxt amilinə diqqət edək. Bu, olduqca vacibdir.
2 saat 30 dəqiqə – Tramp ilə Putinin indiyənə qədər ən uzun görüşüdür. Halbuki Tramp əvvəllər deyirdi ki, əgər razılaşma olmayacaqsa, bunu ilk 5 dəqiqədə anlayacaq, qalxıb gedəcək, heç kimə zəng etməyəcək və ikinci görüş də olmayacaq.
Amma görüş uzun sürdü. Tramp bəyan etdi ki, razılaşma demək olar hazırdır (tam olmasa da) və buna görə də ikinci görüş olacaq: Tramp, Putin və Zelenski formatında.
Trampın sammitdən sonrakı açıqlamaları:
– Sammitin nəticələrini 10 üzərindən 10 olaraq qiymətləndirirəm.
– İndi hər şey Zelenskidən asılıdır: o bunu bacaracaqmı? Hazırda Zelenski, Putin və mənim aramda görüş təşkil olunmağa çalışılır.
– Həm Zelenski, həm də Putin istəyirlər ki, mən onların görüşündə iştirak edim. Mən orada olacağam.
– Biz demək olar ki, razılığa gəldik. İndi Ukrayna razı olmalıdır. Ola bilsin, onlar “yox” desinlər.
– Zelenskiyə: Razılaşmanı qəbul et. Rusiya – çox böyük gücdür. Ukrayna isə deyil.
– İki-üç həftə ərzində Çin mallarına əlavə rüsum tətbiq edə bilərəm.
Nəticə:
Tramp və Putin arasında razılaşma demək olar əldə olunub. İndi növbə Zelenski və Avropadadır (əsas müzakirə mövzusu – ərazilərin mübadiləsi).
Tramp açıqladı ki, yalnız bir maddə hələ razılaşdırılmayıb. Ona görə də razılaşma 100% hazır olanda bağlanmış sayılacaq.
Tramp açıq şəkildə Zelenskini razılaşmanı qəbul etməyə çağırdı, çünki “Rusiya Ukraynadan güclüdür”.
Və nəhayət, Tramp əvvəllər dəfələrlə demişdi: əgər razılaşma olmayacaqsa, ikinci görüş də olmayacaq.
Dünən isə o, yaxın vaxtlarda Putin-Zelenski-Tramp görüşünün keçiriləcəyini bəyan etdi. Bu iki faktı məntiqlə birləşdirin.