DünyaSiyasət

Tramp Putinin planını dəstəkləyib

“The New York Times” Avropa rəsmilərinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp Vladimir Putinin atəşkəs müqabilində Donbasın Ukraynanın nəzarətində olan hissəsinin təhvil verilməsi təklifini faktiki olaraq dəstəkləyib.

Nəşrin yazdığına görə, Tramp Zelenskiyə və Avropa liderlərinə Kiyevin güzəştə razılaşacağı təqdirdə sülhün tezliklə əldə oluna biləcəyini deyib. Buna cavab olaraq Putin hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatları dayandırmağı və Ukrayna və Avropa ölkələrinə hücumlardan çəkinməyə yazılı zəmanət verməyi təklif edib.

Tramp bu planı dəstəkləməklə qeyd-şərtsiz atəşkəs tələb edən Kiyev və Aİ-nin mövqeyindən ayrılıb. Avropada Amerika liderinin təşəbbüsü sərin qarşılanıb.

Danışıqlar bazar ertəsi Zelenskinin Ağ Evə səfəri zamanı davam etdiriləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: “Aİ missiyasının daimi olmasına çalışmalıyıq“

redaktor

Ermənistanda qəzaya uğrayan təyyarədə ölənlər ruslardır

redaktor

Öz ayağı ilə Ukraynaya gedən 360 rus hərbçisi tabutda geri qayıtdı

admin