DünyaSiyasət

Putindən əvvəl Trampın limuzininə yalnız bu iki lider minib

Rusiya prezidenti Vladimir Putinə qədər ən azı iki xarici siyasətçi Trampın zirehli “Cadillac One” limuzininə minmək imkanı əldə edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Qeyd olunur ki, 2017-ci ildə Donald Trampın ilk prezidentliyi dövründə Emmanuel Makron bu avtomobilə minib. Həmin il ABŞ prezidentini Yaponiyanın keçmiş baş naziri Şinzo Abe müşayiət edirdi.

Bundan əlavə, agentlik qeyd edib ki, Ağ Evin saytının arxivləşdirilmiş versiyasında 2010-cu ilin iyununda yerləşdirilən fotoşəkil də diqqət çəkir. Həmin vaxt Rusiya prezidenti postunu tutmuş Dmitri Medvedev ABŞ prezidentinin limuzinində keçmiş Ağ Ev rəhbəri Barak Obamanın yanında əyləşib.

Xatırladaq ki, avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri arasında danışıqlar baş tutub. Vladimir Putin ABŞ rəhbərinin limuzininə əyləşərək şəxsi avtomobili ilə xaricə səyahət ənənəsini pozub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kremldən Qarabağdakı rus sülhməramlılarının qalma müddəti ilə bağlı açıqlama

redaktor

Netanyahudan MESAJ: “İsrail ordusunu Qəzzadan çıxarmayacaq”

redaktor

İsrail qırıcıları Hələbdəki hərbi zavodları vurdu

redaktor