DünyaSiyasət

Lula da Silva: ABŞ-la münasibətlərdə lazımsız qarışıqlıq yaşayırıq

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın iki ölkə arasındakı ticarət balansı ilə bağlı yanlış açıqlamalar verdiyini bildirib.

Tacxeber.comxəbər verir ki, Lula da Silva Sao Paulo əyalətinin daxili hissəsindəki İracemapolis şəhərində fabrikin açılış mərasimində çıxışı zamanı Trampın ABŞ-ın Braziliya ilə böyük ticarət kəsiri olduğu iddiasına toxunub.

Rəsmi məlumatlara görə ABŞ-ın Braziliya ilə xalis ticarət profisiti olduğunu ifadə edən Lula da Silva: “ABŞ ilə əlaqələrimizdə lazımsız turbulentlik yaşayırıq. ABŞ prezidentinin Braziliya haqqında bu qədər yalan danışmasını qəbul edə bilmərəm” dedi.

Prezident Trampın Braziliya məhsullarına tətbiq etdiyi 50 faiz rüsumunu tənqid edərək: “Braziliya hörmətə layiq bir xalqdır. ABŞ prezidentinin “Braziliya pis ticarət ortağıdır” deməsi doğru deyil. Braziliya yaxşıdır, yeganə fərq odur ki, Amerika hökuməti qarşısında diz çökməyəcək”-deyə, əlavə etdi.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkənin tarixində ilk müsəlman baş nazir: Rəsmi iqamətgahda namaz qıldı, and içdi

redaktor

Qazaxıstanda itkin düşən helikopter 11 gündür tapılmır

redaktor

İsrail İran xəstəxanasını vurdu – VİDEO

redaktor