ABŞ və Rusiya bir çox məsələrdə anlaşıblar, yəni, ikitərəfli məsələlərdə anlaşmalar var. Ukrayna məsələsində anlaşma məsuliyyətini Tramp öz üzərinə götürmür, götürmək istəmir – Ukrayna və AB qarşısında iki seçənək qoyur: 1) Torpaq güzəşti və atəşkəsin detalları ilə bağlı Zelenski-Ukrayna qərar versin, AB isə bu prosesdə zamin olsun, 2) Müharibəni davam etdirmək isitəyirsinizsə, ABŞ birbaşa bu müharibədə iştirakdan çəkilir, AB Ukrayna üçün silah almaq istəsə, əlini cibinə salsın, gəlsin-alsın, sonra Ukraynaya versin.
AB ölkələri nə istəyir: Onların istəyi budur ki, Ukrayna öz fədakarlığı ilə daha 2-3 il müqavimək göstərsin, Avropa zaman qazansın, bu zaman kəsimində öz hərbi-sənaye kompleksini işə salıb, Rusiya ilə ehtimal edilən toqquşmaya hazır olsun.
Ukrayna haqqında Ukraynasız, və ya Ukrayna ilə birgə – fərq etməz, nə danışırlar-danışsınlar, təəssüf ki, Kiyev üçün yaxşı çıxış yolu görünmür. Pislə, çox pis arasında gedib-gələn Ukrayna görürük, insanın ürəyi ağrayır, qəhrəman Ukrayna əsgəri, xalqı üçün insan yanır-tökülür. Hakbuki, İstanbul anlaşması olsaydı, 2022-də Ərdoğanın əziyyəti nəticə versəydi, bu Ukrayna üçün bizim 1994-də imzaladığımız “Bişkek Protokoluna” bəznər şərait yaranacaqdı. Bu sənəd Ukraynaya yaxın 10-15 ildə, post-Putin dönəmində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün “əl yeri” qoyacaqdı. Olmadı, təəssüf ki, olmadı.
İndi Zelenski ABŞ-a gəlir, çox sərt, daha ağır şərtlərlə üzbəüz qalacaq, qəbul etsə də, imtina etsə də onun üçün dəyişən bir şey olmayacaq – siyasi karyerası bitir. Amma ilk gündən Qərbin anlamadığı bir məsələni Zelenski də anlamadı – halbuki, Rusiyanın “genlərini” daha yaxşı bilməli idi. Qərb düşünürdü ki, Rusiya 40-50 min əsgər itirən kimi xalq ayağa qalxıb, Kremlin qarşısına toplanıb Putinin istefasını, ya da, müharibənin dayanmasını tələb edəcək. Qərb anlamaq istəmirdi ki, Rusiya əhalisinin 70% elə balaca “putinlərdir”, Rusiya üçün tarixin heç bir kəsimində insan həyatı əhəmiyyətli olmayıb – bu Rusiyanın həm gücü, həm də faciəsidir. Bunu Qərb anlamaya bilərdi, amma Zelenski və komadası Qərbi ayıltmalı, sirkələməli, bu gözləntilərin utopiya olduğunu, eləcə də, belə içiboş sanksiyaların çalışmayacağını söyləməli idi.
2022-ci ildə, təvazökarlıqdan kənar olsa da, bu haqda böyük beynəlxalq tədbirdə səsim yetər qədər, arada hətta bağıraraq Qərb diplomatlarını, “beyin mərkəzləri” rəhbərlərini ayıltmağa, tezislərlə izah etməyə çalışırdım, bilirsiniz mənə ən böyük etirazı kimlər edirdi – bəli, ukraynalılar, deyirdilər ki, sən urusu çox böyüdürsən. Nə isə…