28 C
Bakı
16 Avqust 2025 17:16
DünyaGündəmSiyasət

Fotoqraf Putinin Alyaskadakı görüşündə əlindəki qeydlərin şəklini çəkib – FOTO

ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində keçirilən sammitdə işləyən fotoqraf təsadüfən Rusiya Prezidenti Vladimir Putinin əlindəki qeydlərin şəklini çəkib.

Müvafiq kadr Ağ Evin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirilib.

Foto ağ-qara rəngdə çəkilib və Rusiya lideri Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında dialoqu əks etdirir.

Rusiya liderinin əlində tutduğu kağızlarda məhz nəyin yazıldığını fotoda ayırd etmək çətindir. Lakin qeydlərin rus dilində əl ilə yazıldığını görmək mümkündür.

Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar “üçün-üçə” tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Yakob və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib

redaktor

“Qalatasaray”lı Mauro İkardi niyə saxlanılıb?

admin

Tramp hər şeyi “şallaqla” həll etmək istəyir.

admin