28 C
Bakı
16 Avqust 2025 21:03
CəmiyyətGündəmQalmaqalSiyasət

Daha bir Millət vəkili yalan danışıb.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, 1992-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini elan etdiyi dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamədə, eləcə də Konstitusiya Aktında dövlət dili məsələsinə toxunulmur.

1992-ci ildə Prezident seçilmiş Əbülfəz Elçibəy 1992-ci ilin dekabrın 22-də Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu imzalayır. Qanunda yazılıb: “Azərbaycan Respublikasının dövlət dili türk dilidir.

1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlət dilinin adının Azərbaycan dili olmasına qərar verilib.

Azərbaycanın ilk Konstitusiyası isə 1995-ci ildə referendumla qəbul edilir və orada yazılıb: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.”

Beləliklə, 1995-ci ilə qədər müstəqil Azərbaycanın konstitusiyası olmayıb. Həmin tarixə qədər qəbul edilən sənədlərdə (dövlət dili haqqında qanun) yalnız “türk dili” ifadəsinə rast gəlmək olur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tənzilə Rüstəmxanlının iddiası yanlışdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? – Rəsmi cavab

redaktor

Ali Məhkəmə hakiminin diplomu saxtadır! – FOTOFAKT

admin

Sabiq icra başçısının korrupsiyaya görə təqsirləndirilən bacısı oğlundan xəbər var

admin