Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ prezidentinin Vladimir Putinlə danışıqlarının nəticələrini şərh edib.
Boltonun sözlərinə görə, görüş Rusiya lideri üçün aşkar qələbə olub.
“Tramp uduzmadı, amma Putin açıq-aydın qalib gəldi. Trampın daha çox görüş vədlərindən başqa heç nə almadı.
Putin sanksiyalardan yayınıb, atəşkəs onu hədələmir. Növbəti görüş təyin edilməyib, Zelenski mətbuat konfransından əvvəl bu barədə heç nə bilmirdi”, o qeyd edib.
Bolton vurğulayıb ki, danışıqlar hələ prosesin sonu demək deyil, lakin indidən demək olar ki, “Putin istədiyinin əksəriyyətinə nail olub, Tramp isə çox az şeyə nail olub”.