CəmiyyətHadisə

Bakıda məşhur yaşam kouçu plastik əməliyyatın qurbanı oldu

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.

Bu barədə teleqraf.аz-a onun yaxınları məlumat verib.

Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi – red.) və psixoloq Nilufər Abdulla “Etalon” hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.

1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – Fotolar

admin

Naxşıvanda daha bir yüksək vəzifəli məmur həbs edildi – Fantastik yeyinti

redaktor

Axundun əməlində cinayət tərkibi yoxdur – Hüquqşünas

redaktor