30 C
Bakı
15 Avqust 2025 17:07
DünyaSiyasət

Trampdan Rusiyaya XƏBƏRDARLIQ – “Alyaska görüşündə irəliləyiş olmasa…”

ABŞ prezidenti Donald Tramp Rusiyanın Amerika Birləşmiş Ştatlarının iqtisadi potensialına maraq göstərdiyini bildirib.

Tacxeber.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Tramp bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Alyaskaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.

Trampın sözlərinə görə, o, Putinlə ərazi məsələlərini müzakirə etməyi planlaşdırır və bu barədə qərarı Kiyevin verməli olduğunu düşünür:

“Əgər Ukrayna istiqamətində irəliləyiş əldə olunarsa, Putinlə biznes məsələlərini müzakirə etməyə hazıram. Alyaska sammitində Ukrayna məsələsində irəliləyiş əldə olunmasa, Rusiyanı ağır iqtisadi nəticələr gözləyir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, o öz ölkəsinin problemlərinə fokuslanmaq istəyir, lakin “insanların həyatını xilas etmək naminə” Ukrayna münaqişəsinin həllində iştirak edir.

Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi perspektivindən danışarkən, Amerika lideri bunun Avropa və digər ölkələrin iştirakı ilə mümkün ola biləcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23.00-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olacaq.

 

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan Obamaya: FIRILDAQÇI

redaktor

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

redaktor

Nahapetyan: “Paşinyan Rusiya və İrana soruşmadan Qərbi Ermənistana gətirdi”

admin