Sırf bu hərəkət Tramp-Putin görüşündə əsas müzakirə mövzusu olacaq Ukraynadakı müharibənin səbəblərini anlamaq üçün yetərlidir.
Rusiyada bərqərar olmuş rejimin mahiyyətinin və davranışlarının siyasi-politoloji təhlili çoxdan gərəksiz işə çevrilib. Bu problem psixopatologiyanın mövzusudur. Müasir Rusiya Putin başda olmaqla bir qrup psixopat tərəfindən idarə edilir. Onlar fantom ağrılardan əziyyət çəkir və itirilmiş hissələrin bərpa oluna biləcəyi xülyası ilə yaşayırlar.
Trampa bir siyasətçi kimi hər hansı simpatiyam olmasa da, onun ABŞ prezidenti olaraq bu gün qəbul edəcəyi mütəşəkkil cinayətkar dəstənin obsessiv istəklərini təmin etməyəcəyinə inanıram. Çünki bu, ən əvvəl ABŞ-ın öz maraqlarına zidd olar.
Rusiya Ukrayna ərazilərinin bir hissəsini müvəqqəti (bəlkə də daimi) qopara bilər, amma qarşısına qoyduğu siyasi məqsədlərə, Ukraynanı tabe etdirməyə nail ola bilməz. SSRİ dağıldı və bir daha mövcud olmayacaq. Putin keçmişi geri qaytarmağın xiffəti içində öləcək və o dünyaya gözü açıq gedəcək. Çağdaş dünya ilə ayaqlaşmaq istəməyən bugünkü Rusiya isə ən yaxşı halda ya özünü islah edəcək, ya da əvvəl-axır SSRİ-nin aqibəti ilə üzləşməkdən qaça bilməyəcək.